ВИДЕОПОРТАЛ - смотри и балдей
Добро пожаловать
Вход / Создать Плейлист

Дмитрий Савельев:Нагорный Карабах должен быть возвращен Азербайджану без условий.

Загрузка...

Спасибо! Поделитесь с друзьями!

URL

Вам не понравилось видео. Спасибо за то что поделились своим мнением!

Sorry, only registred users can create playlists.
URL


Добавлено by Admin В Разоблачение фокусов
0 Просмотры

Описание

Rusiyalı deputat: Dağlıq Qarabağ mütləq Azərbaycana qaytarılmalıdır.

Bu gün mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən abadlıq, inkişaf və quruculuqdan başqa heç nə görmürəm və bu, bizi məmnun edir.

Вunu bu gün Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Dmitriy Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransda bildirib.

D.Savelyev deyib ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. Cocuq Mərcanlıda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, inkişaf işlərini təqdir edən rusiyalı deputat qeyd edib ki, Ermənistanda baş verən hadisələr nəzərə alınsa, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır:

“Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq”.

Deputat onu da qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan sürətlə inkişaf etsə də, Ermənistan geriləyib:

“Bu baxımdan Ermənistan torpaqları qaytarsa, onun öz iqtisadiyyatı üçün də mühüm addım olar. Rusiya Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində daha fəal olmalıdır. Biz Ermənistanı da itirmək istəməzdik. Amma təəssüf ki, Ermənistan bunu düşünmək əvəzinə NATO ilə isti münasibətlərə can atır”.

Написать комментарий

Комментарии

Комментариев нет. Будьте первым кто оставит комментарий.
RSS
Яндекс.Метрика Рейтинг@Mail.ru Счетчик тИЦ и PR